Cəmiyyət 

Mina hadisələrinin əksəriyyəti…

Mina hadisələrinin əksəriyyəti keçmiş sərhəd xəttindən kənarda baş verir.

ARANTV.AZ  xəbər verir ki,  bunu “Report”a açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

“Mina partlayışlarının 70 faizinin keçmiş sərhəd xəttindən kənarda baş verməsi onu göstərir ki, minalar məntiqsiz və qeyri-peşəkar şəkildə yerləşdirilib. Bu səbəbdən, əməkdaşlar təmizləmə prosessinə həddindən artıq diqqətlə yanaşırlar.

Bu günədək 143 min hektardan çox ərazi minalardan təmizlənib. 124 mindən çox mina və partlamamış hərbi sursat isə zərərsizləşdirilib”, – o qeyd edib.

Daha çox xəbərlər