Cəmiyyət 

Gələn ay peşə təhsili müəssisələrinə tələbə qəbulu başlayacaq

2024-2025-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu avqustun 20-dən 25-dək aparılacaq.

ARANTV.AZ xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov jurnalistlər üçün təşkil edilən brifinqdə deyib.

O qeyd edib ki, tələbə qəbulu üç mərhələdən ibarət olacaq və bu barədə məlumatlar gələn ay ictimaiyyətə açıqlanacaq.

Daha çox xəbərlər