Prezident İlham Əliyev Böyük Britaniya kralı ilə görüşdü – FOTO
Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısında Böyük Britaniya Kralı Çarlz Filip Artur Mauntbatten-Vindzor ilə görüşüb.
ARANTV.AZ xəbər verir ki, bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyi xüsusi paylaşım edib.
Paylaşımda görüşdən foto verilib və bu sözlər yazılıb: “Avropa Siyasi Birliyinin liderləri sammitində Prezident üçün kral qarşılama. Hər şeyin təzəsi, dostun köhnəsi”.


