Region Xəbərləri 

Ağdamda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb -VIDEO FOTO

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən rayon sakini Elvin Hüseynov saxlanılıb. Onun həyətyanı sahəsində aparılan axtarış zamanı dibçəklərdə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 17 ədəd çətənə bitkisi və eləcə də, marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər