Region Xəbərləri 

Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri Aran Tv-nin redaksiyasında olublar VİDEO -FOTO

Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri “Milli mətbuat günü” ilə əlaqədar olaraq Bərdədə yerləşən Aran Tv-nin redaksiyasına ekskursiya təşkil ediblər.

Ekskursiya zamanı könüllülər mətbuat əməkdaşlarının bayramını təbrik edib, onlarla bir yerdə masa arxasında səmimi söhbət ediblər. Daha sonra könüllüləri maraqlandıran suallar cavablandırılıb.Medianın cəmiyyətimizdəki rolu haqqında ətraflı məlumat verilib.

Bərdə regional “ASAN xidmət” mərkəzinin komandası Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün mətbuat əməkdaşlarını və jurnalistləri səmimi qəlbdən təbrik edib işlərində uğurlar arzulayıblar.

 

 

Daha çox xəbərlər