Dünya 

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır.

ARANTV.AZ xəbər verir ki, bu açıqlama ilə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan çıxış edib.

“Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir. Ermənistan artıq səslənmiş və təqdim olunmuş fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır”, – deyə Ani Badalyan bildirib.

Xatırladaq ki, Ermənistan iyun ayında Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı 10-cu təkliflər paketini alıb.

Daha çox xəbərlər