Cəmiyyət 

Sevinc Osmanqızını göynədən nədir?

Möhtəşəm Şuşa Forumu, Ramiz Yunus dərdi, yoxsa Siqal-Mamu?…

II Şuşa Qlobal Media Forumunu hədəfə alan, ermənipərəst dairələrə qulbeçəlik edən, qərəzli qrant fondlarının əzik təəbəsinə çevrilən bu başabəla zurnalist ölkəmizə qarşı yenə kin qusaraq, nifrət püskürərək dərin əxlaqi-mənəvi və psixoloji sarsıntılar içində çapaladığını bir daha biruzə verdi

Bir müddət əvvəl okeanın o tayında mühaicr kimi məskunlaşan “Osmanqızı Tv”-nin sahibi Sevinc Osmanqızının “erməni xəstəliyi” getdikcə şiddətlənir. Bu xəstəliyin digər adları Ceynuey-Mozental paroksizmal sindromu, periodik peritonit, Reymann sindromu, Siqal-Mamudur.

Şübhəsiz, S. Osmanqızı və erməni xəstəliyi söhbətini elə-belə yazmadıq. ABŞ-da məskunlaşandan sonra erməni lobbisinin təsiri altında olan qərəzli fondlardan maliyyə dəstəyi alan bu həşəmətli “xanım” son zamanlar, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra ermənidən çox ermənilik edərək Azərbaycana qarşı çirkin qrayaxma kampaniyası aparır. Xalqımızın müqəddəs nemətlər kimi yüksək tutduğu bütün mənəvi dəyərləri, əxlaqi keyfiyyətləri utanıb-qızarmadan ayaqlar altına atan bu başabəla “zurnalist” ölkəmizin beynəlxalq imicinə ləkə yaxmaq, qırx dörd günlük Vətən müharibəsindəki Qələbəmizi ucuzlaşdırmaq, feyk xəbər və məlumatlarla ictimaiyyəti çaşdırmaq üçün ən çirkin üsul və vasitələrdən istifadə edir.

Bütün əxlaq normalarını, prinsip və ideallarını heçə sayan xarici xüsusi xidmət orqanlarının qarmağına keçərək onlara köləlik edən, zombiləşərək dövlətəmizə, dövlətçiliyimizə, xalqımıza qarşı düşmənçilik yolunu tutan bu zat erməni lobbisi və bədxahlarımızla eyni müstəvini bölüşürək onların təlimat və tapşırıqlarını yerinə yetirir.

Uzun illərdən bəri ölkəmizin əleyhinə əxlaqsızcasına “qara piar” kampaniyası aparan, sentyabrın 1 də baş tutacaq növbədənkənar parlament seçkiləri, eləcə də noyabr ayında keçiriləcək COP29 ərəfəsində respublikamıza qarşı informasiya təxribatını alçaqcasına davam etdirən S.Osmanqızı bu dəfə iyulun 20-də ölkəmizin başçısının iştirakı ilə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumunu hədəf alıb. Ermənipərəst dairələrə qulbeçəlik edən bu mənəviyyatsız muzdlu kölə ölkəmizə qarşı yenə kin qusaraq, nifrət püskürməklə, sözün həqiqi mənasında dərin əxlaqi-mənəvi və psixoloji sarsıntılar içində çapaladığını bir daha biruzə verib.

Dünya gündəminin əsas müzakirə mövzularından birinə çevrilən, xarici mətbuat orqanlarının böyük marağına səbəb olan, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı, iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayan bu forumun möhtəşəmliyi deyəsən, S.Osmanqızının ovqatını təlx edib, əhvalını bərk pozub.

Əslində Forumda seçilən mövzu ilə bağlı aparılan müzakirələr, orada ölkəmizin başçısı tərəfindən səsləndirilən həqiqətlər uzun illərdən bəri xaricdəki ağalarının, zaman-zaman Azərbaycanla bağlı qərəzli, ədalətsiz, manipulyasi edilmiş hesabatlar yayan dairələrin sifarişi ilə ölkəmizə qarşı dezonformasiya savaşı aparan S.Osmanqızı kimi xəyanətkarlara tərs sillə oldu.

Mənəviyyatı çürümüş S.Osmanqızının Forumla bağlı çürük iddialarından biri də bu tədbirdə iştirak edən politoloq Ramiz Yunusla bağlıdır. Görünən odur ki, vaxtilə özünün internet tv-nə qonaq kimi dəvət etdiyi R.Yunusun iyulun 20-də Şuşa Forumunda iştirakı S.Osmanqızını həddindən artıq hiddətləndirib. İş o yerə çatıb ki R.Yunusa qarşı qəzəb və nifrtə püskürən bu mühacir-“jurnalist” Avropa ölkələrindən birində məskunlaşan, “siyasi məhbus” alverçisi kimi tanınan Arif Yunusu öz verilişinə dəvət edərək onu qardaşının-R.Yunusun əleyhinə danışmağa vadar edib. Məsələ orasındadır ki, həm Sevinc Osmanqızını, həm də Arif Yunusu qəzəbləndirən, necə deyərlər, “cin atına mindirən” əsas məqamlardan biri də R.Yunusun Azərbaycanla, eləcə də Şuşa Forumu ilə bağlı həqiqətləri söyləməsi, Şuşanı Qarabağın tacı adlandırması, ölkəmizin başçısını, yağı tapdağından azad edilmiş bu qədim, tarixi şəhərimizdə salamlamasıdır. Bəli, erməni lobbisi ilə sinxron işbirliyində olan, qərəzli qrant fondlarının əzik təbəəsinə çevrilən S.Osmanqızını göynədən də budur. İnsan nə qədər məniviyyatsız ola ki, öz ölkəsinə qarşı alçaqcasına mübarizə aparar, bu qədər xəyanət yolu tutar?

Zahid Rza, “İki sahil”

Daha çox xəbərlər