Region Xəbərləri 

Ana südünün faydaları və tətbiqi mövzusunda təlim keçirilib

27.07.2024-cü il tarixində Bərdə Rayon Mərkəzi Xəstəxanasının illik təlim planına əsasən “ Ana südünün faydaları və tətbiqi” mövzusunda təlim keçirilib.
Təlimdə Doğum evinin böyük maması Dilşad Hacıyeva və digər tibb personalları iştirak ediblər.
Təlimin keçirilməsində məqsəd “Ana südü ilə düzgün qidalanma təcrübələrinin artırılması və ilk ayda yalnız ana südü ilə qidalanmanın təmin edilməsi” olub.
Təlim zamanı “ Əmizdirmənin texnikası və əhəmiyyəti”, “ Sağım və saxlama şəraiti”, “Xüsusi qablaşdırma”, “Ana südü ilə bağlı problemlər”, “İstirahətin əhəmiyyəti” mövzuları haqqında məlumat verilib.
Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.

Daha çox xəbərlər