Cəmiyyət 

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2010-cu ildən başlayaraq hər il iyul ayının 28-i Ümumdünya Hepatit Günü kimi qeyd olunur.

Bu günün qeyd edilməsi dünyada hepatit viruslarına qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.
Ümumdünya Səhiyyə Təşkilatı Ümumdünya Hepatit Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırır və xəstəliyin yayılmasının qarşısının alınmasında effektli tədbirlərin həyata keçirilməsini əhəmiyyətli hesab edir.

Daha çox xəbərlər