Gültəkin Hacıbəyli mənəvi deqradasiyaının pik nöqtəsində…
Bu gün radikal müxalifətin sırasında yer tutan bu reneqat siyasətbazın daha çox canfəşanlıq etməsi Türkiyə Cümhuriyyərinin 9-cu prezidenti, təcrübəli və hazırcavab siyasətçi Süleyman Dəmirəllə bağlı dillərdə gəzən bir olayı xatırlatdı bizə.
Bir gün bir siyasətiçi ilə bağlı S.Dəmirələ sormuşlar: “Həmişə sizə söyüb duran o adamı nədən partiyanıza qəbul etdiniz? Məşhur siyasətçi verilən bu suala anındaca belə cavab verib: “Orada ikən bizə bağırırdı, indi bizim qapıya bağladıq, qarşı tərəfə söyür”.
Ölkəmizdə növbədənkənar parlament seçkilərinə strat verilib. Həmçinin noyabr ayında Bakıda baş tutacaq beynəlxalq əhəmiyyətli tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq sürətlə davam edir. Təbii ki, bu mötəbər tədbirə ölkəmizin evsahibliyi etməsi həm beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının təsdiqi, həm də hazırda bütün bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün mühüm tədbirlərin görülməsi, qərarların qəbul edilməsi üçün böyük məsuliyyətdir. Təbii ki, COP29 bu mənada ən böyük platformalardan biridir.
Hazırda Ermənistanla sülh danışıqlarının davam etdiyi, Cənubi Qafqazın geosiyasi rəqabətin mərkəzinə çevrildiyi, bölgədə proseslərin sürətlə dəyişdiyi, bütövlükdə qlobal müstəvidə mürəkkəb proseslərin getdiyi bir vaxtda ölkəmizdəki radikal müxalifət təmsilçilərinin sosial şəbəkələrdən istifadə edərək Azərbaycanın əleyhinə rəy yaratmağa çalışması hər birimizdə qəzəb, ikrah hissi doğurur.
Milli maraqlarımıza, əldə edilən nailiyyətlərə açıq düşmənçilik ovqatında olan, sosial şəbəkələrdən, eləcə də digər vasitələrdən istifadə edərək cəmiyyətdə gərginlik yaratmağa, ictimai rəyi yanlış istiqamətə yönləndirməyə çalışan AXCP sədri Əli Kərimli, müavinlərindən Fuad Qəhrəmanlı, Ayaz Məhhərəmli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, bu qurumun təmsilçisi Gültəkin Hacıbəyli və digərlərinin son zamanlar aşırı dərəcədə fəallaşması heç də diqqətlərdən yayınmır.
Öz siyasi ambisiyaları naminə ölkəni amansız böhranlara sürəkləmək üçün ən çirkin vasitələrdən istifadə edən hakimiyyət hərisliyi ilə alışıb yanan bu antimlli zümərinin təmsilçilərinin arasında G.Hacıbəylinin daha çox canfəşanlıq etməsi Türkiyə Cümhuriyyərinin 9-cu prezidenti, təcrübəli və hazırcavab siyasətçi Süleyman Dəmirəllə bağlı dillərdə gəzən bir olayı xatırlatdı bizə. Bir gün bir siyasətiçi ilə bağlı S.Dəmirələ sormuşlar: “Həmişə sizə söyüb duran o adamı nədən partiyanıza qəbul etdiniz? Məşhur siyasətçi verilən bu suala belə cavab verib: “Orada ikən bizə bağırırdı, indi bizim qapıya bağladıq, qarşı tərəfə söyür”.
Hamımız yaxş xatırlayırıq ki, hər addımda ikiüzlülüyü, saxtakarlığı və riyakarlığı ilə özünü ifşa edən, bir vaxtlar Milli Məclisin üzvü olanda dövlətin imtiyazlarından gen-bol istifadə edərək komfort şəraitində yaşayan, gündə bir partiya, təşkilat dəyişən G.Hacıbəyli bir vaxtlar tamamilə başqa cür danışırdı. Bu reneqat, buqələmin siyasətbaz bir zamanlar indi sıralarında yer aldığı dağıdıcı, pozucu, inkarçı müxalifət düşərgəsinin təmsilçiləri ilə bağlı ən aqressiv çıxışlar edirdi.
Radikal müxalifət düşərgəsinin qara şlayapalı “primadonna”sı, ənənəvi olaraq hər şeyi qara rəngdə görən G.Hacıbəylinin son günlər sosial şəbəkə seqmentlərində yazdıqları bu reneqat xanımın mənəvi deqredasiyanın son nöqtəsinə çatdığının bariz nümunəsidir.
Dünən bu siyasətbaz xanımın sosial şəbəkədə VI çağırış Milli Məclisin üzvü olmuş 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürən Vahid Əhmədovla bağlı yazdıqları yuxarıda dediklərimizin əyani təsdiqidir. Mətbuata açıqlama verən V.Əhmədov deyir ki, bütün bunlar onun öz istəyi ilə bağlıdır, burada başqa heç bir problem yoxdur: “Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram”.
Özünün buynuzlu yalanları ilə cəmiyyətdə rişxənd obyektinə çevrilən G.Hacıbəyli isə məsələ ilə bağlı utanmadan belə yazır: “Milli Məclisin “müxalifət”-dən olan vitse-spikeri Fəzail İbrahimli iki il öncə Vahid Əhmədova xitabən qızıl kimi etirafda bulunmuşdu: seçim etməlisən, ya mandat, ya vicdan. İkisi bir arada olmaz!
Vahid müəllim o vaxtdan bəri susdu, danışmadı. Ancaq gec idi, çünki Vahid Əhmədovda vicdanın olması barədə əsaslı şübhələr artıq yaranmışdı. Bu isə onun deputatxanada mövcudluğunu mümkünsüz edir”.
Daha nə deyəsən, necə deyəsən?
Yalnız onu deyə bilərik ki, bütün bunlar dərin böhran məngənəsində çırpınan radikal müxalifət təmsilçilərinin “AXCP-nin və “Milli Şura” adlı antimilli qurumun süqutunun, o düşərgənin funksionerlərindən olan G.Hacıbəyli kimilərin mənəvi deqradasiyasının göstəricisidir.
Gəlin elə buradaca S.Dəmirələ “Allah rəhmət eləsin” deyək. Tarixi sözlər deyib kişi vaxtilə…

