Cəmiyyət 

Enerji içkilərinin uşaqlara satışı QADAĞAN EDİLİB

Rusiya Dövlət Duması uşaqlara enerji içkilərinin satışını qadağan edən qanun layihəsini ikinci oxunuşda qəbul edib.

ARANTV.AZ xəbər verir ki, bu haqda RT məlumat yayıb.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, gənclər arasında hər ikinci insan enerji içkisi istehlak edir. Belə içkilərin zərəri həkimlər tərəfindən sübuta yetirilib.

Bundan əvvəl Dövlət Dumasının deputatları qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Terapevt və kardioloq Andrey Kondrakinin sözlərinə görə, enerji içkiləri içmək ürəyə və sinir sisteminə mənfi təsir edərək orqanizmin tükənməsinə səbəb olur.

Daha çox xəbərlər