Cəmiyyət 

DSMF: Bu ilin yeddi ayı ərində 8,1 mindən çox vətəndaş müraciəti cavablandırılıb

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin yanvar-iyul ayları ərzində 18 min 110 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə AZƏRTAC-a Fondun mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərin 7 min 90-ı ünvanlı dövlət sosial yardımı, 4 min 113-ü pensiya təyinatı, 4 min 544-ü sosial müavinət və təqaüd, 235-i sosial sığorta və fərdi uçot, 2 min 128-i isə digər istiqamətlər üzrə olub.

Daha çox xəbərlər