Cəmiyyət 

Vərəmdən qoruyan yeni peyvənd

Vərəm infeksiyasından qoruya bilən gücləndirici peyvəndin istehsalına 2025-ci ildə Rusiyada başlanılacaq. Bu barədə “RİA Novosti” xəbər agentliyinə Qamaleya mərkəzinin direktoru Aleksandr Qinzburq açıqlama verib.

Xatırladaq ki, iyul ayının ortalarında Qinzburq vərəmə qarşı preparatın yaradılmasının ən vacib iş sahəsi olduğunu açıqlamışdı. Güman edilir ki, yeni peyvənd əvvəlcə “BCG” ilə birlikdə işləyəcək, sonra isə onu əvəz edə biləcək.

Sınaq mərhələsində bir neçə min könüllü eksperimental dərmanı qəbul edəcək. Qinzburq deyir ki, yeni peyvənd, prinsipcə, bu xəstəliyin epidemiologiyasını dəyişdirməlidir.

Nubar Süleymanova, “İki sahil”

Daha çox xəbərlər