BMTİP Qarabağda minaaxtaran itlərdən bəhs edən filmin kadrlarını təqdim edib
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyi işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətləri haqqında qısametrajlı filmdən kadrları təqdim edib.
ARANTV.AZ xəbər verir ki, video BMTİP-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.
“Bu, oyun deyil… BMTİP-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) potensialının artırılması üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşəbbüs çərçivəsində hazırlanmış minaaxtaran itlər və qəhrəman siçovullar haqqında qısametrajlı filmdən olan videoçarxı təqdim edir”, – paylaşımda deyilir.

