YAP şərəfli və zəngin inkişaf yolu keçib
Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə qələbə qazanaraq şərəfli və zəngin inkişaf yolu keçdiyini, bundan sonra da öz fəaliyyətində xalqın mənafeyini əsas götürəcəyini söyləyib.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə təbliğat qrupunun üzvləri – şəhid anaları İsbət Hətəmova, Mehparə Qəribova, Radə Qurbanova çıxış ediblər. Onlar seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilərdən Birinci Qarabağ müharibəsi qaziləri Elbrus Rüstəmov, Tahir Sadıqov, Müşgünaz Quliyeva, Seyid Səbuhi Yusifov və digərləri çıxış edərək YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
![]()
![]()
![]()
