Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qadın sinəsinə bənzəyən vulkan, ulayan şaman və qorxulu səslər – Qobustandan Reportaj FOTO

By Vüsal Rafiqoğlu
15.08.2024 4 Min Read

“Yeni Müsavat”ın əməkdaşı Qobustanda olub və orada yerləşən palçıq vulkanlarının fotolarını kameranın yaddaşına köçürüb. Bu yolda ona bələdçiliyi Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev edib.  

“Ağdam qrupu” və “Əmcək-əmcək” adlanan palçıq vulkanlarının yerləşdiyi ərazilərə baş çəkdik. Direktor bizi həm vulkanlarla tanış etdi, həm də onlar haqqında ətraflı məlumat verdi.  Söhbətimizə elə vulkanların adından danışmaqla başladıq.

“Vulkanların adını insanlar hadisələrə, xarakterlərinə və ərazilərə uyğun olaraq adlandırıblar. Məsələn, elə götürək “Əmcək-əmcək” vulkanını. İnsanlar uzaqdan baxanda onu qadın sinəsinə bənzədiblər. Buna görə də həmin vulkanı elə adlandırıblar.

“Ağdam qrupu” palçıq vulkanı mənə elə gəlir ki, qışlağın adına uyğunlaşdırılıb.  Orada görünür, ağdamlılarla bağlı hansısa məqam var. “Axtarma” və “Pilpilə” vulkanlarının adı da maraqlıdır. Pilpilə od deməkdir. “Axtarma” vulkanın adı isə daha maraqlı əhvalata bağlıdır.  Deyilənə görə, sarı rəngdə olan və qızıla bənzəyən faydalı qazıntı çıxırmış. İnsanlar  onu “axtarma” adlandırırmışlar və elə bilirlərmiş ki, qızıldır. O vaxtdan adı “Axtarma” qalıb.

“Qırlıq” palçıq vulkanı qır buraxır. “Kirdağ” vulkanı, əslində, “Qırdaq” adlandırılmalıdır. Dağdan neft axır.

“Daşmərdan” vulkanının maraqlı tarixçəsi var. Daşlı ərazidə Mərdan adlı Çoban olub. İnsanlar da onun olduğu ərazini işarə etmək üçün vulkanın adını elə qoyublar.

Daha sonra “Qotur vulkanı”ndan danışaq. Dağda qeyri-adi örtük yaranıb deyə, qotura oxşadıblar və adı o vaxtdan bu cür qalıb.

“Qoturdağ” vulkanının analoqu olmayan püskürməsi var. Quru vulkan buraxır. “Ayrantökən” vulkanı da  var. Ayran kimi köpüklənirmiş deyə elə adlandırıblar”.

Həmsöhbətimiz bildirib ki, Azərbaycanda 5 istiqamətdə 352 vulkan var. Vulkanlar  ən çox Xəzərin şərq sahilində yerləşir.

“Azərbaycandakı vulkanların hamısının tərkibində minerallar var. Ancaq elə kimyəvi maddələr var ki, hamısında olmaya bilər. Və bu kimyəvi maddələr insanlar üçün zərərli hesab edilə bilər.

Adamlar kortəbii, xaotik olaraq vulkanlarda çimməklə şəfa tapacaqlarını düşünürlər. Əsla belə deyil. Məsələn, bu yaxınlarda 4 hərbçimiz Laçında kükürdlü suda çimərkən öldü. Çünki onlar yerin altından çıxan radioaktiv maddələrdən zəhərləndilər.

Yerin dərinliyində gedən proseslər vulkan vasitəsi ilə yerin səthinə xaric olur. Vulkanla birgə radioloji elementlər də üzə çıxır və insanlara çox ciddi şəkildə mənfi təsir göstərir.

“Daşgil” palçıq vulkanında çiməndə elə bilirlər ki, xeyir olacaq.  Əksinə, radioaktiv maddələr bağırsaqdan insanın içinə nüfuz edir. Bu, hətta ölümə də səbəb ola bilər.

Bağırsaq xəstəliyi, babasili olanlar  belə vulkanlara qətiyyən girməməlidirlər.

Doğrudur, SSRİ vaxtı hərəkət-dayaq sistemində problemlər yaşayanlar, parkinson xəstəliyinin başlanğıcında olan adamlar “Bahar” vulkanında çimib müalicə olunurdular. Ancaq buna yalnız bir vulkanda icazə verilirdi”.

Direktor söhbət zamanı vulkanın Azərbaycana faydalarından da söz açdı:

”Nə zəlzələ, nə də vulkan proqnozlaşdırılmayan hadisələrdir. Amma bəzi əlamətlər oyanışdan xəbər verə bilər. Məsələn, əgər palçıq vulkanının boğazı, yəni kanalı dağın üstündədirsə və görünürsə, eyni zamanda orada daralma, kiçilmə müşahidə olunursa, bu  deməkdir ki, yaxın vaxtlarda püskürmə ehtimalı var. Yaxud da püskürmə baş verməmişdən bir müddət qabaq çox kəskin iylər, xüsusən də kükürd iyisi gəlir.  Uğultu səsləri olur və ondan sonra püskürmə baş verir. “Ağtirmə” palçıq vulkanı 60 ilə yaxındır ki, püskürmür, amma bu o demək deyil ki, püskürməyəcək.

Onun 3-4 il aralıqlarla püskürdüyü vaxtlar olub. Enerji toplayır, günlərin bir günü püskürəcək.

Palçıq vulkanları karbohidrogen ehtiyatlarının üzərində yerləşib. Vulkan varsa, deməli,  neft, qaz da var. Azərbaycanda vulkanların əksəriyyəti aktiv vulkanlardır. Hər saniyə enerji itkisi olur. Bu da ölkəmizdə dəhşətli zəlzələlərin baş verməsinin qarşısını alır. Bu axımdan Azərbaycanın bəxti gətirib.

Palçıq vulkanları bir çox şeylərə xeyirlidir. Alimlər ona “xərcsiz başa gələn kəşfiyyat quyusu” deyirlər. 10 kilometrdən gələn vulkanın özü ilə gətirdiyi minerallardan,  kimyəvi maddələrdən tibdə, kimyəvi sahələrdə istifadə etmək olar”.

C. Paşayev palçıq vulkanları ətrafında gördüyü maraqlı məqamlardan da söz açıb. O bildirib ki, Qobustanda şamanlar var və onlar vulkanların ətrafında dini ayinlər həyata keçirirlər.

“Mən iki dəfə bu hadisənin şahidi olmuşam. Saqqalı kişi vulkanın ətrafında durub baraban çalırdı və ulaşma səsinə bənzəyən səslə ayin yerinə yetirirdi.Qobustan ərazisi mistik, qədim insan məskənlərinin, kurqanlarının olduğu yerdir.

Buranın yerli insanları kənar, qorxulu səslər eşidirlər. Mən buna inanıram. Hər kəs eyni şeyləri danışır”.

Şahanə Rəhimli
Musavat.com
Fotolar müəllifindir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident bu sənədi TƏSDİQLƏDİ

Next

Rusiyada yaşayan həmyerlilərimizin NƏZƏRİNƏ

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv