Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiya siyasətçiləri və ekspertləri Vladimir Putinin Azərbaycana səfərini geniş müzakirə edirlər

By Vüsal Rafiqoğlu
20.08.2024 3 Min Read

Rusiya siyasətçiləri və ekspertləri RF Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərini geniş müzakirə edirlər. Onlar yerli mətbuatda dərc olunan şərhlərində vurğulayırlar ki, bu səfər iki ölkənin dialoqunda yeni səhifə açır.

ARANTV.AZ xəbər verir ki, RF Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirir: “Bu, strateji müttəfiqliyimizin simvolu olan rəsmi səfərdir”.

Deputat əlavə edib ki, iqtisadi əməkdaşlıq və Azərbaycanın ərazisindən keçən “Şimal-Cənub” dəhlizi daxil olmaqla nəqliyyat-logistika infrastrukturu səfər çərçivəsində müzakirə olunan əsas məsələlər arasında olub. “Uzun müddətdir ki, Azərbaycanla əməkdaşlıq edirik və Prezident İlham Əliyev bizi dəstəkləyib. O, dəmir yolu xəttinin tikintisi təşəbbüsünü irəli sürüb və bu layihə nəqliyyat dəhlizi kontekstində bizim üçün daha mühümdür”, -deyə o vurğulayıb.

Kalaşnikov qeyd edib ki, səfər zamanı çoxlu sayda siyasi-iqtisadi sazişlər imzalanıb. Deputat ümidvar olduğunu bildirib ki, Putinin səfəri mühüm nəticələr əldə olunmasına təkan verəcək.

RF Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski qeyd edib ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin yekunları Moskva ilə Bakı arasında müttəfiqliyin strateji xarakterini təsdiq edib. Onun sözlərinə görə, Rusiya tərəfi Cənubi Qafqazda vəziyyətin nizamlanmasında effektiv vasitəçilik rolunu bir daha nümayiş etdirib.

L.Slutski deyib: “Azərbaycan, öz növbəsində, humanitar və iqtisadi qarşılıqlı fəaliyyət sahələrində özünü etibarlı tərəfdaş kimi göstərir. Əminəm ki, Bakının BRICS-ə qoşulmaq istəyi də uğurla nəticələnəcək. Belə bir təşəbbüsün Rusiyanın sədrliyi dövründə irəli sürülməsi də simvolikdir”.

Politoloq Sergey Markov səfərin yekunları ilə bağlı öz fikrini bildirib: “Putinin səfəri Cənubi Qafqazda yeni geosiyasi dəyişikliyi möhkəmləndirəcək”. Onun sözlərinə görə, Ermənistanın Qərbə üz tutması fonunda Azərbaycanla münasibətlərin inkişafı Rusiya üçün sərfəlidir.

“Bu, ilk növbədə, ticarətin inkişafı, Ermənistan-Azərbaycan münaqişəsinin yekun həllində Rusiyanın vasitəçiliyidir. Bakı Moskva ilə Kiyev arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar məkanına çevrilə bilər, çünki Azərbaycanın həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə yaxşı münasibətləri var”, -deyə Markov qeyd edib.

Politoloq xatırladıb ki, Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasında iştirakı son dərəcə vacibdir və Moskvaya öz iqtisadiyyatını İran və digər dövlətlərlə birləşdirməyə imkan verəcək.

S.Markov şərhinin sonunda deyib: “Rusiya və İran Amerikanın nəzarətindən kənarda bir-biri ilə ticarət etmək istəyirlər. “Şimal-Cənub” dəhlizi Fars körfəzinə bağlıdır və eyni zamanda, dünyanın ən sürətlə inkişaf edən iqtisadi regionlarından biri olan Hindistanın cənubuna doğru uzanır”.

RF Dövlət Dumasının Energetika komitəsinin üzvü Cəmaləddin Həsənov qeyd edib ki, Azərbaycan Rusiyanın qaz hasilatında əsas tərəfdaşlarından biridir və rəsmi Bakı uzun illərdir ki, Cənub Qaz Nəqliyyat Dəhlizini kifayət qədər uğurla inkişaf etdirir.

O qeyd edib: “Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli görüş zamanı neft-qaz sənayesində bir sıra yeni layihələri müzakirə ediblər. Azərbaycan bu sahədə Rusiyanın regionda əsas tərəfdaşlarından biridir”.

Deputat onu da qeyd edib ki, Rusiya şirkətləri Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk karbohidrogen layihələrində iştirak ediblər. Onun sözlərinə görə, bu gün onlar neft və qaz hasilatı sahəsində böyük təşəbbüslərin səhmdarlarıdır.

C.Həsənov vurğulayıb: “Karbohidrogen ehtiyatlarını dünya bazarlarına tədarük edən Azərbaycan və Rusiya vaxtaşırı neft və qazın mövsümi mübadiləsi üzrə əməkdaşlıq edirlər. Burada onların çoxlu ümumi marağı var və bu kontekstdə iki ölkənin əlaqələri inkişaf edəcək. Ümidvaram ki, əməkdaşlıq uğurlu olacaq”.

Politoloq Artur Atayevin fikrincə, Moskva ilə əməkdaşlığın dərinləşdirilməsi fonunda Bakı çox güman ki, Avrasiya iqtisadi layihələrində, xüsusən də ŞƏT və BRICS təşkilatları çərçivəsində iştirakını artıracaq. “Azərbaycanın bu təşkilatlara tamhüquqlu üzvlüyü onun iqtisadi maraqlarının təşviqi və qlobal infrastruktur layihələrində iştirakı baxımından ölkənin milli maraqlarına cavab verir. Ona görə də Qlobal Cənub istiqamətində bu hərəkət Azərbaycan rəhbərliyinin təbii addımıdır”, -deyə ekspert hesab edir. (AZƏRTAC)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İki ölkədən heyvandarlıq məhsullarının Azərbaycana idxalına QADAĞA

Next

Badalyandan Putinin səfəri ilə bağlı QƏRİBƏ İDDİA

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv