Gündəm 

Amfibiya İzmir-Urla istiqamətindəki meşə yanğını ilə mübarizəyə cəlb olunduVİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə səngiməyən güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

Qeyd edilib ki, təyyarə bu gün İzmir-Urla istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

“Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir”, – məlumatda vurğulanıb.

Daha çox xəbərlər