Region Xəbərləri 

Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi.

Ermənistan Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Dövlətlərarası xarakterinə görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq sənədlər qəbul edilir, ciddi müzakirələr olunurdu və mühüm sənədlər qəbul edilirdi.

1993-cü il iyunun 15-də ümumilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ulu öndər belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan  münaqişəsinin həllində kompleks yanaşma,mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur.Bunlar sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlətin inkişafını təmin edəcək neft müqavilələrinin bağlanması nəticə olaraq millətin bir amal-azərbaycançılıq ideologiyası ətrafında birləşməsini özündə ehtiva edirdi. Qələbəyə gedən uğurlu yolun bünövrəsinin ulu öndər tərəfindən qoyulması bir reallıqdır. Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsinin başa çatmasını təsdiqləyən tarixi 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından dörd il ötür.

Bu sənəd savaşdan öncə Azərbaycanı dəfələrlə hədələyən, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma aparan Ermənistanın biabırçı hərbi kapitulyasiyası oldu. Üç rayonun Ağdam, Kəlbəcər və Laçının döyüşsüz bir güllə atmadan qaytarılması isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti diplomatik uğuru kimi qiymətləndirilir.

Əgər məğlub Paşinyan bu sənədi Ermənistan əhalisindən gizli şəkildə, hansısa zirzəmidə imzaladısa, İlham Əliyev qalib sərkərdə kimi xalqının qarşısına çıxaraq qürurla , fəxarətlə çıxış etdi və tarixi Zəfərin sevincini bölüşdü. Bu bəyanat Azərbaycan ordusunun apardığı uğurlu hərbi əməliyyatların məntiqi davamı idi, bu sənəd postmünaqişə dövründə hərbi gücün yaratdığı diktənin diplomatiyaya keçdiyinə zəminlər yaradan strategiyanın baçlanğıcı oldu.

Həmin gün xalqa müraciət edən Prezident İlham Əliyev bəyanatı dəyərləndirərək vurğuladı ki, sənədin tarixi əhəmiyyəti var və bu şanlı qələbəmizin “dəmir yumruğ”un zərbə dalğasının uğurlu nəticəsidir.

 

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Vətən müharibəsindən sonra qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən prinsiplər əsasında Ermənistan ilə sülh müqaviləsinin hazırlanması təşəbbüsü ilə çıxış etdi.

Hazırda Azərbaycan öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-yenidənqurma işləri aparır.

“Böyük qayıdış” proqramı çərçivəsində minlərlə məcburi köçkün öz doğma yurduna qayıdıb. 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkün öz yurduna qayıdacaq.

Prezident İlham Əliyev demişdir: “Biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz”. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Nicat İsmayılov, YAP Bərdə rayon təşkilatı fəalı, Bərdə şəhər  8 saylı tam orta məktəbin direktoru.

Daha çox xəbərlər