Cəbhədən Xəbər 

Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 32-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) tədbir keçirilib.

Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki tədbir iştirakçılarına çatdırılıb.

Çıxışlar zamanı əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan ƏÜO-nun yaranma tarixindən, keçdiyi inkişaf yolundan danışılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyi qeyd olunub.

Tədbirdə ƏÜO-nun yaranma tarixi və keçdiyi şərəfli döyüş yolu haqqında film nümayiş etdirilib.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müxtəlif orden və medallar, növbəti hərbi rütbələr, fəxri fərmanlar təqdim edilib.

Daha çox xəbərlər