Bu ilin səkkiz ayında müavinətlər üzrə 716, Prezident təqaüdləri üzrə isə 459 milyon manat ödənilib
Bu ilin səkkiz ayında müavinətlər üzrə 716, Prezident təqaüdləri üzrə isə 459 milyon manat ödənilib
Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 494 min nəfər müavinət, 400 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əhaliyə müavinətlər üzrə 716 milyon manat, Prezident təqaüdləri üzrə isə 459 milyon manat ödənilib.
Cari ilin 8 ayında 101 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 671 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.