Cəmiyyət 

Distant təhsilin diplomları Azərbaycanda keçərli sayılırmı? – AÇIQLAMA

“Qoy mənim də balamın diplomu olsun” deyən valideyinlər, övladları imtahandan uğursuz nəticə ilə çıxdıqda ali təhsil üçün xaricə yollayırlar. Yaxud da xaricə getmədən Azərbaycandan online şəkildə təhsil alıb, diplom əldə edirlər. Bəs bu cür distant təhsil alan şəxslərin diplomları keçərli sayılırmı?

Mövzu ilə bağlı BiG.AZ-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, Azərbaycanın təhsillə bağlı qanunvericiliyində ali təhsil almağın iki forması qeyd edilib. Əyani və qiyabi. Ali təhsilin digər formaları isə etibarlı sayılmır. Bura təbii ki, online şəkildə təhsil forması da bura daxildir.

Distant təhsilin diplomları Azərbaycanda keçərli sayılırmı? - AÇIQLAMA“Bu gün insanlar sual verir ki, pandemiya zamanında online təhsilə keçdik, o zaman dəsrlər onlinedirsə, bəs bu gün niyə distant diplomlar keçərli olmasın?
Məsələ ondan ibarətdir ki, biz pandemiya zamanında online təhsilə keçmədik. Məcburi şəkildə disdant tədrisin elementlərindən istifadə etməli olduq. Bu o dövrdə disdant təhsil almışıq mənasına gəlmir. Azərbaycanda nə orta, nə də ali təhsil səviyyəsində distant təhsillə bağlı proqram yoxdur.

Distant təhsil üçün xüsusi imkanlar və texniki heyyət olmalıdır. Bununla birgə nəzəri məlumatları mükəmməl şəkildə çatdıracaq müəllim heyətinin mövcudluğu da vacib şərtdir. Amma təəssüf ki, belə bir müəllim heyyəti bizdə olduqca azdır.

Distant təhsilin diplomları Azərbaycanda keçərli sayılırmı? - AÇIQLAMAElmin Nuri qeyd edib ki, distant təhsil demək komputerin qarşısında oturub söhbətləşən müəllim və tələbə demək deyil. Online təhsilin həddindən artıq mürəkkəb proseduru, psixoloji ve metodik tərəfləri var. Buna görə də xaricdə distant təhsilin diploma Azərbaycanda keçərli sayılmır.
Distant təhsil alanlara tövsiyəm odur ki, Azərbaycanda ali təhsil almağa üstünlük versinlər. Gələcək kariyeraları üçün bu gündən Azərbaycan təhsil qanunlarına tabe olsunlar.

Daha çox xəbərlər