Dünya 

Azərbaycan milli mətbəxi İsveçdə nümayiş etdirilibFOTOVİDEO

İsveçin Göteborg şəhərində hər il odluğu kimi, bu il də təşkil olunmuş dünya ölkələrinin mədəniyyət və milli mətbəx festivalı keçirilib. Azərbaycanı İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Azadlıq Mərkəzi təmsil edib.

Mərkəzdən Musavat.com-a verilən məlumata görə, Azərbaycanın milli mətbəxi, ləziz xörəkləri, şirniyyatları festivalda nümayiş etdirilib.

İsveçdə yaşayan azərbaycanlılar tərəfindən hazırlanmış milli yeməklər və şirniyyatlar əcnəbilər tərəfindən çox bəyənilib.

Qeyd edək ki, festivalda yüzdən çox ölkənin təmsilçisi iştirak edib, mindən çox milli mətbəx nümunələri təqdim edilib.

Daha çox xəbərlər