Gündəm 

Peşəkar Azərbaycan Ordusu üzərinə düşən növbəti vəzifəni şərəflə yerinə yetirdi

2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.

44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu növbəti qələbəyə imza atdı . Müzəffər Ordumuzun 2020-ci il sentyabrın 19-da Qarabağ bölgəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə yenilməz, məğrur Azərbaycan Ordusu üzərinə düşən növbəti vəzifəni şərəflə yerinə yetirmişdir.

Ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamışdır. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmuşdur. Azərbaycan istədiyini etmiş, bütün şərtlərin qəbuluna nail olmuşdur. Növbəti qələbəmiz nəticəsində ordumuz peşəkarlığını, döyüş ruhunu, planlı şəkildə fəaliyyətini dünyaya nümayiş etdirmişdir.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratmışdı. Bu müraciət, əslində, təkcə Azərbaycan vətəndaşlarına deyil, həm də Qarabağda yaşayan erməniəsilli sakinlərə ünvanlanan bir ismarıc idi. Müraciətdə Dövlətimizin başçısı bildirmişdir ki, 2020-ci ilin 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs olmaqla mina terrorunun qurbanı olmuşdur. Birinci dəfə deyil ki, bizə qarşı Ermənistan terror aktı törədir. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır.

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən anti-terror əməliyyatı ölkənin təhlükəsizlik mühitində mühüm dönüş nöqtəsi oldu. Bu əməliyyat, daxili və sərhəd bölgələrində terror fəaliyyətlərinin qarşısını almaq məqsədini güdürdü. Azərbaycan, regionda təhlükəsizlik vəziyyətini möhkəmləndirmək və terrorçu qrupların fəaliyyətlərini zəiflətmək məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirdi. Əməliyyatın həyata keçirilməsi üçün əvvəlcədən intensiv kəşfiyyat və məlumat toplama işləri görülmüşdür.

Cəmalə  Cəfərova,
Xətai rayonu, 165 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Daha çox xəbərlər