Cəmiyyət 

Uşaqların beynini çürüdən digital oyunlardan necə yaxa qurtaraq? AÇIQLAMA

Uşaqların tərbiyəsində, onların dünyagörüşünün formalaşmasında oyunların böyük rolu var. Müasir uşaqları oyunlar və oyuncaqlar o qədər də maraqlandırmır. Onları daha çox mobil telefonlar, kompüter oyunları və internet cəlb edir. Ancaq uşaqların bu cür yüklənməsi, gerçəkdə təsadüf olunmayan, kompüter arxasında qəddarlığı, sərtliyi təbliğ edən oyunlara meyilli olması gələcəkdə bir çox fəsadlara yol aça bilər. Çünki ilk baxışdan adi əlyəncə kimi görünən virtual oyunlar əslində uşaqlarda möhkəmlik, dözümlülük deyil, əksinə qorxaqlıq, çarəsizlik yaradır. Yeniyetmə hər hansı bir vəziyyətlə üzləşdiyi zaman çıxış yolu tapa bilmir. Heç axtarmağa da cəhd etmir. Çünki heç vaxt qarşılaşmadığı hadisə onda kəskin psixi pozuntular yaradır.

Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Fərqanə Mehmanqızı qeyd edib ki, uşaq və gənclərin çoxu digital oyunlara həddindən artıq meyillidir:

“Təəsssüflər olsun ki, bu oyunlar birbaşa onların IQ səviyyəsinin aşağı salınması üçün hazırlanıb. Buna görə də oyunlardan istifadə mütləq vaxt çərçivəsində olmalıdır.

Uşaqların beynini çürüdən digital oyunlardan necə yaxa qurtaraq? AÇIQLAMA“Minimum 15 dəqiqədən artıq uşaq digital oyun oynamamalıdır. Valideynlər uşaqları kompüterdən aralı saxlamağı bacarmalıdırlar. Daha yaxşı olardı ki, valideynlər kiçik yaşlarından uşaqları mobil telefonlara, kompüterlərə öyrəşdirməsinlər. Valideyn elə hesab edir ki, oyunlarla onun uşağı daha tez inkişaf edir.

Ancaq bu belə deyil. Birmənalı şəkildə virtual oyunlardan asılılıq uşaqlarda ünsiyyət problemlərinə yol açır. Bütün günü evində oturub oyun oynayan uşaq sözsüz ki, ünsiyyət çatışmazlığının gətirəcəyi fəsadlardan əziyyət çəkəcək”.

Sosioloq Üzeyir Şəfiyev də məsələyə münasibət bildirərək qeyd etdi ki, bu gün biz rəqamsal cəmiyyətdə yaşayırıq:

“Bu dövrün özümə məxsus çağrışları var. Müasir dövrün uşaqları daha çox informasiya texnologiyaları ilə böyüyən nəsildir. Lakin informasiya texnologiyalarının fəsadları da var. Bu fəsadlardan ən başlıcası isə diqqət pozğunluğunun gənc nəsildə artmasıdır.

Uşaqların beynini çürüdən digital oyunlardan necə yaxa qurtaraq? AÇIQLAMA“Məsələ bundadır ki, oyunların ixtiraçısı olan ölkələrdə uşaq və yeniyetmələrin onlardan istifadəsi qadağan edilib. Hazırda Avropa İttifaqı ölkələrində və xüsusilə Çində digital oyunlardan gənclərin istifadəsinə yol verilmir. Çünki, bu oyunlar əmək qabiyyətinin aşağı düşməsinə, yorğunluq hissinin artmasına səbəb olur.

Yaxşı olar ki, Azərbaycanda sosial şəbəkə vahidlərini və digital oyunların istifadə vaxtını tənzimləyən qanun olsun. Ölkəmizə gətirilən digital oyunlar nəzarətdən keçirilsin. Nə dərəcədə uşaqların inkişafına təkan verir, nə dərəcədə mane olur müəyyənləşdirilsin”.

Daha çox xəbərlər