Cəmiyyət 

20 sentyabr iş günü olacaq – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, 20 sentyabr hələlik iş günüdür:

“Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, iş günü hesab olunur. Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis edir”.

Daha çox xəbərlər