Gündəm 

Onlar və Ali Baş Qəhrəman…

Ermənistan dağılmış ordusunu indi də kənar dövlətlərin köməyi ilə toparlamaq istəyir, dağılmış iqtisadiyyatlarını xilas etməyə çalışır, amma bir daha o xəyalları-hansı ki, onları millət olaraq ayaqda saxlayırdı- geri qaytara bilməyəcəklər!

27 sentyabrda başlayan müharibənin də, ondan 3 il sonrakı separatizmin son şeytan yuvalarına qarşı keçirilmiş antiteror əməliyyatının da üç simvola çevrilən qəhrəmanı var. Birincisi, əlbəttə ki, qəhrəman şəhidlərimiz və qazilərimizdir. İkincisi o oğulları böyüdən, qapılarına hətta yeganə oğlunun tabutu gələndə də bayrağı qucaqlayıb “Vətən sağ olsun” deyib, qamətin dik tutan atalar, analardır qəhrəmanlar… Üçüncü qəhrəman bu ağır prosesləri  əvvəldən-axıra mükəmməl aparan Prezident Əliyevdir, Vətən müharibəsindəki qalibiyyətdən sonra da Qarabağda güclənən erməni revanşizminə soyuqqanlı “mən bilirəm nəyi nə zaman etmək lazımdır” deyən və  nəhayətdə 100 illik separatizmin kökünü  birdəfəlik qurudan Ali Baş Qəhrəman…

2668a30391e484fb019d2058a4544cde.jpg (123 KB)

Sıralama əsas deyil, onların xidmətlərini heç unutmamaqda vacib olan.

Separatizmin tabutuna son mismarlar bir il əvvəl 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatında vuruldu, amma 19-20 sentyabradək də çox ciddi diplomatik işlər görülmüş, ekofəalların aksiyası məqsədinə çatmış, nəhayət Laçında post qoyulmuşdu.

Bu antiteror əməliyyatı olmaya da bilərdi, Prezident 44 günlük müharibənin nəticəsi olaraq Ağdam, Laçın və Kəlbəcərin bir güllə atılmadan boşaldılmasına nail olmuşdu. Ötən ilin sentyabrınadak də bir neçə dəfə Ermənistana 10 noyabr sənədində götürdükləri öhdəliyi-Qarabağda qalmış ordusunu və texnikasını könüllü çıxarmaq tələb olunmuşdu. Onu da bilirdi ki, bunların silahlı olan son dığasınadək torpaqlarımzıdan çıxarmayanadək axan qanımız durmayacaqdı, analarımızın göz yaşları qurumayacaqdı…

2f388233ca480c12cf14765d9c69d12c.jpg (82 KB)

Prezident yenicə müharibədən çıxmış ordunun bir əsgərinin belə burnun qanamasını istəmirdi. Bütün diplomatik cəhdlər bu məqsədə qansız çatmağa fokuslanmışdı. Amma ermənilər qanmadılar və bu antiterror əməliyyatı artıq zərurətə çevrildi. Yenə ciddi itkilər verdik, xeyli sayda yaralananlar oldu. Amma istədiyimiz də oldu. Erməni silahlılarından ölmək istəyənlər öldü, sağ qalmaq istəyənlər qaçdılar. Texnikaları məhv edildi, səngərləri özlərinə məzar oldu.

44 günlük müharibədən sonra ermənilərin Qarabağda qalmayacaqlarını ən azı 10 dəfə yazmışdım.  “O torpaqlarımızdakı hələ də qalıblar, müvəqqəti köçərilərdir. Bu dəfə özləri gedəcəklər, burda duruş gətirə bilməyəcəklər”.

Antiterror əməliyyatından hələ iki əvvəl yazmışdım bunu. O səbəbdən ermənilərin əməliyyatdan sonra köçməsi yox, qalması təəccüblü olardı. Şələlərini yığışdırıb rədd olub getdilər. Şəxsən birini də ağlayan görmədim. Bunun səbəblərini onların olmayan qürurunda axtarmağa gərək yoxdur, cavabı sadədir:  “Özü yıxılan ağlamaz”.

1726816619_17268162835949930531_1200x630.jpg (597 KB)

Azərbaycan 19-20 sentyabrda təkcə Xankəndini, Xocalını, Ağdərə və  Xocavəndi erməni caynağından qurtarmadı, yüz illik xəyallarını ayağının altında bir əski parçası kimi silib kənara atdı, erməni mifini dağıtdı, erməni lobbisinin onurğasını qırdı.

Azərbaycanda Dövlət Suverenliyi Gününü 2024-cü ilin 20 sentyabrında qeyd edir. Bu düşmən millət müstəqillikdən bəri bizim 30 ilimizi yedi, amma əvəzində 100 illik tarixi zərbə aldılar. Ermənistan dağılmış ordusunu indi də kənar dövlətlərin köməyi ilə toparlamaq istəyir, dağılmış iqtisadiyyatlarını xilas etməyə çalışır, amma bir daha o xəyalları-hansı ki, onları millət olaraq ayaqda saxlayırdı- geri qaytara bilməyəcəklər!

Bəzi ermənipərəst qüvvələr  ermənilərin Qarabağa geri qayıtmasından tez-tez danışırlar.  Ermənistan XİN-in dünənki   bəyanatda “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” qələmə sərsəmləmələri  “psevdovətənpərvərlər” üçün ucuz “yem” idi. Onlar etnik təmizləmə ifadəsini çox sevirlər, çünki özləri vaxtilə Ermənistan da, Qarabağda etnik təmizləmə aparıblar. Onların və dəstəkçi dövlətlərin qarayaxma cəhdlərinin daha heç bir faydası yoxdur, çünki Qarabağ Azərbaycan torpaqlarıdır, bunu dünya da qəbul edir. İndən 100 sonra da belə olacaq…

1726813934_whatsapp-image-2024-09-20-at-09.50.20.jpeg (105 KB)

Bu gün Xankəndidə yenə tarixi anlar yaşanıb. Dövlət başçısı Qarabağ Universitetinin ilk tələbələrini salamlayıb, burada görülən işlərlə tanış olub. Çıxışında Azərbaycan hərbçilərimizin qəhrəmanlığından, peşəkarlığından qürurla danışıb. Sonda dedikləri də günə möhür vuran fikirlərdir: “Bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz”.

…İki gün sonra Xankəndinə getməliyik. Sonuncu dəfə bu şəhərdə nə vaxt olduğumu xatırlamıram. Bəlkə 35 il, bəlkə 37 əvvəl… Amma bir fakt dəqiqdir. Xankəndi heç vaxt indiki qədər bizim olmayıb. Həm də son 100 ildə…

Tarix budur. Şərəf və Suverenlik tarixi…

Nazim SABİROĞLU,
Musavat.com              

Daha çox xəbərlər