“Qarabağ Universiteti bizim arzularımızın universitetidir” – İlqar Orucov
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.Dövlət başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.
Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti, ictimai xadim İlqar Orucov BiG.AZ-a bildirib ki, Qarabağ Universiteti 3 mindən çox şəhidimizin qanı,canı hesabına və Ali Baş Komandanımızın siyasi iradəsi ilə azad olunmuş tarixi şəhərimiz Xankəndində istifadəyə verilmiş universitetdir. Bu universitetin ənənələri olub. Öz təhsil ənənələri ilə zamanında fərqlənib:
“Cənab prezident Qarabağ Universitetinin açılışını etdi. Eyni zamanda tələbə yataqxanası ilə tanış oldu, universitetin tələbələri ilə görüşdü. Cənab prezidentin yeni tədris ilində Qarabağ universitetinə getməsi,həmçinin tələbələrlə görüşməsi yataqxanada mövcud şəraitlə tanış olması prezidentin diqqət və qayğısının ifadəsidir. Hər zaman bu fikri qeyd edirəm ki, Qarabağ Universiteti bizim arzularımızın universitetidir. 30 illik həsrətin universitetidir. Qarabağ Universiteti 3 mindən çox şəhidimizin qanı,canı hesabına və Ali Baş Komandanımızın siyasi iradəsi ilə azad olunmuş tarixi şəhərimiz Xankəndində istifadəyə verilmiş universitetdir. Bu universitetin ənənələri olub. Öz təhsil ənənələri ilə zamanında fərqlənib.Əminəm ki, Qarabağ Universiteti gözləntiləri doğrulda biləcək. Qarabağ Universitetinin rektoru gənc olmasına baxmayaraq dünyada gedən elmi prosesləri dərindən bilir. Bütövlükdə rəhbərliyi müasir gənclərdir. Qarabağ Universitetinin müəllimləri ölkəmizin ən yaxşı müəllimləridir. İndiyə kimi universitetlərimizdə bu cür seçim olmayıb. Əminəm ki, Qarabağ universiteti təkcə ali təhsil müəssisəsi kimi deyil, həm də elmi müəssisə kimi fəaliyyət göstərəcək. Universitetdə elmin ayrı-ayrı sahələri üzrə tədqiqatlar aparılacaq”.

