Sentyabrın 21-i Ümumdünya Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günüdür.
Altsheymer – beyin hüceyrələrinin yox olmasına səbəb olan nevroloji xəstəlikdir. Əsas əlamətləri yaddaş, düşüncə və digər intellektual qabiliyyətlərin nəzərəçarpacaq dərəcədə zəifləməsi olan bu xəstəlik əksər hallarda yaşlı insanlarda müşahidə edilir və əlamətlər yaşla birlikdə irəliləyir.
Xəstəliyin yaranma səbəbi dəqiq məlum olmasa da, genetik faktorlar, həyat tərzi ilə əlaqələndirilir. Düzgün yuxu rejimi, balanslı qidalanma və fiziki aktiv həyat tərzi beyin sağlamlığını qorumaqla altsheymer xəstəliyinin riskini əhəmiyyətli dərəcədə azaldır.

