“Siyəzən Broyler”də ÖLÜM: 61 yaşlı qadın yeməkxanada dünyasını dəyişdi
“Siyəzən Broyler” fabrikində ölüm hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Siyəzən şəhər sakini, 61 yaşlı Rəfiqə İsaqova qəfildən fabrikin yeməkxanasında keçinib.
Qadının ürəktutmadan vəfat etdiyi deyilir. Fakt Bizim.Media-ya Siyəzən Rayon İcra Hakimiyyətindən təsdiqlənib. Bildirilib ki, ölüm hadisəsi ilə bağlı Siyəzən rayon prokurorluğu araşdırma aparır.

