Cəmiyyət 

“Hazırda Ramal psixoloji reabilitasiyaya cəlb olunub” – Sosial Xidmətlər Agentliyindən AÇIQLAMA

Hər zaman uşaqların gələcəyimiz olduğunu dönə-dönə təkrar edir, onları sevməyi, qorumağı məsləhət görürük. Bu gün uşaqların hər hansı bir səbəbdən aldığı travma gələcəyin məhvə sürüklənməsi deməkdir. Bunu cəmiyyət olaraq anlamalı və onlarla münasibətə həsas yanaşmalıyıq.

Bu gün 3 sayılı uşaq evində yaşayan Ramal Rəsulovun döyülməsi Azərbaycan cəmiyyəti üçü yol verilməz hal hesab edilir. Hazırda Ramal psixoloji reabilitasiyaya cəlb olunub. Yaşadığı faciələrin onun gələcəyinə təsir etməməsi üçün Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən məsələ xüsusi nəzarətə götürülüb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib ki, təxminən 1 aydır ki, hüquqi olaraq Sosial Xidmətlər Agentliyinin idarəetməsində olan 3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Agentlik tərəfindən xüsusi nəzarətə götürülüb.

"Hazırda Ramal psixoloji reabilitasiyaya cəlb olunub" - Sosial Xidmətlər Agentliyindən AÇIQLAMA“Hazırda bununla bağlı araşdırma aparılır. Müəssisənin sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin edilir.

Sosial Xidmətlər Agentliyinin tabeliyində olan digər müəssisələrdə olduğu kimi bu müəssisədə də müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır.

Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq, artıq Agentliyin digər müəssisəsinə yerləşdirilib. O burada sosial reabilitasiya prosesinə cəlb olunub.

Daha çox xəbərlər