QÜDRƏTLİ, SUVEREN AZƏRBAYCAN!
2024-cü il 23 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxış etdi. Bu çıxış Azərbaycan dövlətinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, daxili və xarici siyasətin əsas prioritetləri və ölkənin yeni parlamentinin qarşısında duran vəzifələrlə bağlı əhəmiyyətli məqamlarla yadda qaldı.
Cənab Pezidenti İlham Əliyev iclasda nitq söyləyərək, vacib məsələləri vurğulayıb.
“Builki Prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir”
Bəli, 30 illik torpaq həsrətinə 44 gündə son qoyduq.“Dəmir Yumruq” əməliyyatı noyabr ayının 10-da Azərbaycan-Ermənistan arasında bəyanatın imzalanması ilə nəticələndi.
Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində öz sözünü dedi. Düşmənin kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Azərbaycan Zəfər qazandı.
Beləliklə, hər günü bir tarix oldu 44 günün. Vətən müharibəsi dövründə hər bir vətəndaş Vətənə olan borcunu yerinə yetirdi. Məhz buna görə də döyüş meydanında, həm də siyasi, ideoloji və diplomatik müstəvidə – hər cəbhədə qalib gəldik. 30 illik münaqişəni 44 gündə həll edən Azərbaycan Ordusu, öz gücünü, xalqımızın birliyini bəşəriyyətə sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Ordumuz qürur mənbəyimizdir.
44 günlük Vətən müharibəsində hər gün Azərbaycan Ordusu irəli gedir, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgərinin yalnız bir amalı var idi: ədalət zəfər çalsın.
Beləliklə, təkcə Şuşa əməliyyatı Azərbaycan Ordusunun gücünü anlamağa kifayət etdi.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan Azərbaycan xalqının rifahını yüksəltməyə yönəlmiş iqtisadi islahatların davam edəcəyini, qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olacağını bildirdi. Bununla yanaşı, kənd təsərrüfatı, sənaye və enerji sektorlarında həyata keçirilən islahatlar, Azərbaycanın regional və qlobal iqtisadi məkandakı mövqeyini daha da gücləndirəcək. Xüsusilə, ölkənin enerji təhlükəsizliyi və dayanıqlılığının təmin olunması məsələsi prioritet olaraq qaldığı qeyd olundu. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətindəki əhəmiyyətli məqamları da qeyd edərək, ölkənin beynəlxalq arenada qazandığı nüfuzun davam etdirilməsi üçün vacib addımların atılacağını bildirdi.
Dövlətimizin başçısı parlamentin rolunu xüsusi vurğuluyaraq, yeni çağırış Milli Məclisin qarşısında duran vəzifələrdən danışdı. O, Milli Məclisin qanunvericilik fəaliyyəti ilə yanaşı, ölkənin daxili və xarici siyasətinin həyata keçirilməsində fəal iştirak etməli olduğunu bildirdi.
Bu gün biz özümüzü xoşbəxt gənclik hesab edir, dövlətimizin həyata keçirdiyivə xarici daxili siyasəti yüksək qiymətləndiririk. Biz gənclər möhtərəm Prezidentimizin ətrafında Dəmir Yumruq kimi birləşmişik. Bu birliyi heç kim poza bilməz! Bu birlik sarsılmazdır!
Fidan Nəsirli – YAP Bərdə rayon təşkilatı fəalı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi