Kələm kəskin bahalaşdı – SƏBƏB
Payız fəsli başlayan kimi kələmin topdansatış qiyməti bahalaşıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə Qaynarinfo-ya Masallı sakini, fermer Anar Abbasov məlumat verib.
Fermer bahalaşmanın ancaq dolmalıq kələmin satışında müşahidə olunduğunu əlavə edib:
“Dolmalıq kələmin bir kilosunun topdansatış qiyməti 20 qəpik idi. İndi 40 qəpiyə təklif edilir. Ötən il bu qiymət 12-15 qəpik arasında dəyişirdi. Keçən mövsüm zərər etdi deyə bu il əksər fermerlər kələm əkmədi. Mən özüm təxminən 11 min manat zərərə düşdüm. Əkinçinin gözü qorxur, ona görə də növbəti il üçün həmin məhsulu əkmir”.
Fermer bu il 8 hektar kələm əkdiyini qeyd edib:
“Qış kələmi də var, ondan da 3 hektar əkməyi düşünürəm”.