Region Xəbərləri 

Beyləqanda saxlanılan şəxsdən 3 kiloqram tiryək aşkarlanıb VİDEO

Beyləqan Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmiş Balaməmməd Abbasov saxlanılıb. Ondan 3 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb. B.Abbasov ifadəsində narkotiki şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər