Cəmiyyət 

“Bədbəxt hadisə risklərinin minimumlaşması yönündə metro şəbəkəsi inkişaf etməlidir” – Nəqliyyat eksperti

Xəbər verdiyimiz kimi, dünən fərqli vaxtlarda 28 May və Ulduz da iki sərnişin stansiya yoluna düşüb. 28 Maydakı hadisə ölümlə nəticələnib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dünyanın bir çox metrolarında bu hallar baş verir.Bakı Metropolitenini Bakının inkişafı ilə müqayisə etsək, bir qədər geridə qalır. Texniki baxımdan bu risklərin minimumlaşması yönündə metro şəbəkəsi inkişaf etməlidir:

“Bu növ hallar təəssüf ki, dünyanın bir çox metrolarında baş verir. Amma Bakı metrosunun başqa problemi var. Biz axınları ayırmalı və yeni alternativlər formalaşdırmalıq ki, bugünki Bakı Metropoliteni daha optimal işləyə bilsin, sərnişin axınını proporsional bölə bilsin və sərnişinlər üçün fərqli marşurtlar təqdim edə bilsin. Hazırda Bakı metrosunda ən çox yükənmiş 2 stansiya adı çəkə bilərik. Biri Koroğlu, digəri 28 May stansiyasıdır. Bakı Metropolitenini Bakının inkişafı ilə müqayisə etsək, bir qədər geridə qalır. 57 yaşlı metronun konseptual planda tikilmiş xətləri təcili təmin olunmalıdır. Dərnəgül və Koroğlu arası, Xətai və Həzi Aslanov arası xətlərinin ayrılması, Dərnəgül deposunun tikilməsi, İçərişəhərdən Badamdara qədər xəttin tikilməsi, bənövşəyi xəttin Ağ şəhərə kimi çatdırılması vacib layihələrdir. Bunlar tikildiyi təqdirdə bugünki 3 xətt müstəqil fəaliyyət göstərəcək, daha sürətli və minimum intervalla təmin olunacaq. Yəni 2 -1 dəqiqəlik intervalla Sumqayıtdan Avtovağzal metrosunun daha da cəlbedici olması təmin olunacaq. Şərq- qərb üzrə baxsaq, 8-ci km Əhmədli massivindən bir marşrut əvəzinə 3 marşrut formalaşacaq, həm şimal, həm cənub, həm mərkəzdən sərnişin axınını parçalayacaq. Yəni metronun daha sağlam hərəkəti təmin olunacaq. 3 xəttimiz varsa, hərəsinin ayrıca deposu olmalıdır və minimum intervalla hərəkət təmin olunmalıdır. Bu, birbaşa təhlükəsizliyin təminatı olacaq.Həmçinin yerin üstünə təsir edəcək. Buna multimodallaşma deyilir. Yəni, sərnişin bir növdən digər növə keçir və səfərinə davam edir. Həzi Aslanovdan Dərnəgülə səfər təşkil olunarsa, Yasamal tərəfdə düşüb avtobusla Sədərək Ticarət Mərkəzi istiqamətində gedə biləcəyik. Eynilə cənub istiqamətində də bu marşrutu təşkil etmək olar. İndiki yolların yükünü də azaldacaq. İnsanların avtomobilə meyl etməsinin səbəbi reysel nəqliyyatımızın daha çox fəaliyyət göstərən növünün inkişafının zəif getməsidir. Bu da birbaşa metronun təhlükəsizliyinə təsir edir və təəssüf ki, bədbəxt hadisələr baş verməsinə gətirib çıxarır. Amma ümumi olaraq bu hadisələrdə hüquq mühafizə orqanlarının yekun rəyini də gözləmək lazımdır. Bu araşdırılmalıdır ki, sərnişin yola düşüb, intihar edib ya kimsə itələyib. Bunlara araşdırılıb hüquqi qiymət verilməlidir. Texniki baxımdan bu risklərin minimumlaşması yönündə metro şəbəkəsi inkişaf etməlidir”.

Daha çox xəbərlər