Livanı tərk etmək istəyən Türkiyə vətəndaşlarının təxliyəsi başlayır
Livanı tərk etmək üçün müraciət edən Türkiyə vətəndaşları sabah dəniz yolu ilə təxliyə olunacaq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Livanı tərk etmək üçün müraciət edən Türkiyə vətəndaşlarının dəniz yolu ilə təxliyəsinin oktyabrın 9-da həyata keçiriləcək və bu çərçivədə Türkiyə Hərbi Dəniz Qüvvələrinə aid iki gəminin Beyruta yola düşməsi gözlənilir.
“Gəmilərimizin ümumi tutumu təxminən 2 min sərnişindir. Təxliyə prosesi ilə bağlı təfərrüatlar indiyədək Konsulluğumuzun Zəng Mərkəzi ilə əlaqə saxlayan vətəndaşlarımızla da paylaşılacaq. Lazım gələrsə, növbəti günlərdə təxliyə prosedurları davam etdiriləcək. Vətəndaşlarımız gəldikdən sonra onların ehtiyaclarını ödəmək üçün hazırlıq işləri başa çatdırılıb. Təxliyə üçün təyin olunmuş gəmilərimiz həm də humanitar yardımlarımızı Livana daşıyacaq”, – məlumatda qeyd olunub.//APA