Cəmiyyət 

“Alternativ enerji mənbələrini iqtisadi fürsətə çevirmək şərtdir”-Natiq Cəfərli

COP29-a ev sahibliyi edən Azərbaycan bu gün bir sıra iri tutumlu bərpa olunan enerji layihələrinin işə salınmasına, günəş və külək enerjisi istehsalının yüksək artım tempinə nail olub.
Bəs alternativ enerji mənbələrinin iqtisadiyyatın istehsal sahələrinə tətbiqi nə kimi yüksəlişlər yardacaqdır?
COP29-a ev sahibliyi edən Azərbaycan bu gün bir sıra iri tutumlu bərpa olunan enerji layihələrinin işə salınmasına, günəş və külək enerjisi istehsalının yüksək artım tempinə nail olub.
Bəs alternativ enerji mənbələrinin iqtisadiyyatın istehsal sahələrinə tətbiqi nə kimi yüksəlişlər yardacaqdır?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, dünyada alternativ enerjiyə keçid artıq 20 ilə yaxındır ki, gündəmdə olan mövzudur. Sadəcə son illər bu daha geniş yayılmağa başlayıb. Azərbaycanın da alternativ enerjiyə keçidlə bağlı çox böyük potensialı var. Bizim elə bölgələr var ki, orada günəş enerjisindən ilin 300 günü rahatlıqla istifadə etmək mümükündür. Xəzər sahili boyu ərazilərdə isə külək enerjisi haqqında bu sözləri qeyd edə bilərik:

"Alternativ enerji mənbələrini iqtisadi fürsətə çevirmək şərtdir"-Natiq Cəfərli“Alternativ enerjiyə keçidlə bağlı Azərbaycan kifayət qədər böyük potensialı olan ölkələrdən biridir. Lakin burda bir problem var ki, bu da Azərbaycanda alternativ enerjiyə keçidlə bağlı avadanlıqların istehsalı, mütəxəssislərin yetişməsi ilə bağlı addımların qənaətbəxş olmamasıdır. Çünki, biz texnoloji baxımından xaricdən aslı vəziyyətdəyik. Hələ ki, istehsal sahələrimiz yoxdur, mütəxəssislərimiz azdır. Bu məsələləri nəzərə alaraq Azərbaycanın böyük potensialını gələcəkdə geniş iqtisadi fürsətlərə çevirmək üçün günəş panelləri, külək generatorları kimi vasitələrin istehsalı üçün avadanlıqların istehsal olunmasına çalışmalıyıq. Yerli mütəxəssislər yetişdirilməlidir ki, Azərbaycan iqtisadiyyatında əlavə dəyər yaradan sahələr formalaşsın.

Düşünürəm ki, COP29 kimi tədbirin Azərbaycanda keçirilməsi bizi sadaladığım bu problemlərdən azad edəcəkdir. Alternativ enerji mənbələrinin iqtisadiyyatın bütün sahələrinə tətbiqi gələcəkdə Azərbaycanın “Yaşıl dünyanın” bir hissəsi olacağından xəbər verir”.

Daha çox xəbərlər