Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix
Vətən sevgisi,vətən istəyi hər bir azərbaycanlının ürəyində yurd salan bir məşəldir. Bu məşəli yandırmaq üçün hər kəs canını belə verməyə həmişə hazır olmuşdur. Məhz bu istək 2020-ci ildə Azərbaycan xalqını bir yumruq ətrafında topladı, xalq öz prezidentinin ətrafında birləşib torpaqlarımızı geri almağa nail oldu.Prezidentimiz İlham Əliyev həmin torpaqlara səfərlərinin hər birində öz nitqində qarşısına qoyduğu məqsəd barədə ətraflı danışırdı.Bu səfərlərdən birində 15 oktyabr 2023-cü il tarixində Xankəndidə olarkən söylədiyi nitqi xüsusi maraq doğurmuşdur.
İlham Əliyev ilk növbədə, həmin günün tarixi bir gün olduğunu bildirmişdir. Xalqı qarşısında,dövləti qarşısında verdiyi sözü xatırlamış, 20 il ərzində qarşısına qoyduğu bütün vəzifələrin yerinə yetirdiyini söyləmişdir. Prezident Azərbaycan dövlətinin dünya miqyasında tutduğu mövqeyi , siyasi arenada əldə etdiyi uğurları, güclü iqtisadi nailiyyətlərin olduğunu xatırladaraq ölkəmizin daha da inkişaf edəcəyini xalqa çatdırmışdır.
Prezident İlham Əliyev bildirdi ki, biz güclü orduya malik olmağımızı , hərbi qüvvələrimizin mükəmməlliyini 44 günlük müharibə zamanı bir daha dünya səviyyəsində sübut etdik.
İlham Əliyev həmçinin Azərbaycan xalqının , qorxmaz,döyüşkən Azərbaycan övladlarının da rolunu qeyd etmişdir.Şəhidlərimizin xatirəsini yad etmiş, onların ruhları qarşısında borclu olduğunu bildirmişdir.
O həmçinin Ulu Öndər Heydər Əliyevi xatırlayaraq onun dövlətçilik uğrunda , Azərbaycanın suverenliyi uğrunda gördüyü işlərdən,qarşılaşdığı çətinliklərdən danışdı.Bildirdi ki, o,atasının qoyduğu işləri davam etdirmək üçün hər zaman çalışmış, Azərbaycançılıq ideyası uğrunda hər bir kəslə ,hər yerdə mübarizə aparmışdır.
Sonda Prezident Azərbaycan xalqının bu qələbəyə layiq olduğunu bildirmişdir.Azərbaycan bayrağının altında həmin torpaqlarda gəzərkən böyük xoşbəxtlik, fərəh hissi keçirdiyini söyləmişdir.
Sonra dövlətimizin başçısı şəhərin ərazisinə baxış keçirmiş, Xankəndi şəhərinin komendantı,polis general-mayoru Sərdar Səfərov Prezident İlham Əliyevə raport vermişdir.
Kəmalə Nəcəfova,
24 nömrəli tam orta məktəbin müəllimi