Cəmiyyət 

Qış turizm mövsümündə yenə qiymətlər “əl yandıracaq”?

Tətil sadəcə dəniz, qum, günəş və isti yay günləri demək deyil. Bir çox dünya ölkələrində qaynar turizm mövsümü yay fəsli qəbul edilsə də, sərt qış aylarının yaratdığı üstünlüklərdən faydalanaraq istirahətin dadını çıxarmaq istəyənlərin də sayı az deyil. Ölkəmiz fəsillərin dördünü də ən gözəl formada yaşayan nadir yerlərdən biridir. Artıq ölkəmizdə də qış turizminə dair uşaq və böyüklər üçün aktiv əyləncələr var. Lakin Azərbaycandakı qış turizim komplekslərinin qiymətlərinin baha olması istirahət etmək istəyənlərin “arzusunu ürəyində qoyur”.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, qarşıdan qış sezonu gəlir. Bölgələrimizdə fəaliyyət göstərən istər Qusar, istər Şah dağ, istərsə də Tufan dağ turizm kompleksi həm əcnəbi, həm də yerli turistlərin istifadəsinə tam hazır vəziyyətdədir:

Qış turizm mövsümündə yenə qiymətlər "əl yandıracaq"?“Təəssüf ki, həmin kompleksərin hər birinin qiyməti çox bahadır. Bununda səbəbi alternativ turizm komplekslərinin olmamasıdır. Bu gün dünya təcrübəsinə baxdıqda görürük ki, məhdudiyyətlər olduğu halda qiymət artımı qaçılmazdır. Fəaliyyət göstərən qış turizm mərkəzlərinin qiymətlərinin baha olması onların say məhdudluğundan irəli gəlir.Qeyd etməliyik ki, hotellərin qiymət artımı onların daxili marketinq siyasəti ilə bağlıdır. Əgər hoteldə 80%-dən çox otaq tutulubsa, orada qiymətlərin artması normal prosesdir.

Hazırda bu bahalaşmanı aradan qaldırmaq üçün işğaldan azad edilmiş Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində qış turizm obyektlərinin, dağ-xizək komplekslərinin tikilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Yol infrastrukturu qurulur. Komplekslər gələcəkdə həm yerli, həm də əcnəbi turistlərin ixtiyarına veriləcək. Bu turizm komplekslərinin yaradılması qiymətlərin daha uyğun olmasına şərait yaradaraq, sağlam rəqabət formalaşdıracaqdır. Yaranan rəqabətdən sonra qiymətlərin bahallaşmasından deyil, keyfiyyətin yüksəlməsindən danışacağıq”.

Daha çox xəbərlər