Cəmiyyət 

Əhmədə hökm oxundu- Əhmədovların mirası kimə qalacaq?

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başa çatıb.Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib.Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.
Əhməd Əhmədov barədə verilən hökmdən sonra miras ona qalıb-qalmayacağı yenidən gündəmə gəlib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Elçin Sadıqov bildirib ki, miras qoyana qarşı cinayət törətmiş və əxlaqsız hərəkət etmiş şəxslər miras payından məhrum oluna bilərlər:

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1203.1-ciç 1137 və 1138-ci maddəsinə əsasən, miras qoyana qarşı cinayət törətmiş və əxlaqsız hərəkət etmiş şəxslər miras payından məhrum oluna bilərlər. Əhməd 1-ci dərəcəli vərəsə olsa da, onun miras payından məhrum edilməsi ilə bağlı digər vərəsələr iddia qaldırmaq hüququna malikdir. Onun miras qoyanlara, ata-anası, bacısına qarşı cinayət halı törətməsi təqsdiq olunub və məcburi müalicə təyin olunub”.

Vəkil Nemət Kərimli bildirib ki, miras 2-ci dərəcəli vərəsələr xala, bibi, dayı,əmiyə keçəcək:

“Birinci növbə vərəsələr ata,ana, bacı qardaşdır. O ailədə artıq seçim qalmayıb. Miras 2-ci dərəcəli vərəsələr xala, bibi, dayı,əmiyə keçəcək. Onlardan sonra 3-cü dərəcəli vərəsə xala bibi dayı əmi uşaqlarıdır”.

Daha çox xəbərlər