Cəmiyyət 

Süni mayalanmada nə zaman donordan istifadə edilir?- AÇIQLAMA

Əvvəllər işlədilən “sonsuz ailə” ifadəsi tibbin inkişafı sayəsində köhnəlib. Son illərdə təbii yolla və ya müalicə ilə övlad sahibi olmayanlar süni mayalanmanın köməyi ilə valideyn ola bilirlər. Azərbaycanda süni mayalanmadan 2004-cü ildən istifadə edilir. Süni mayalanma daha çox yumurta ehtiyatı az olan, kişi sonsuzluğundan əziyyət çəkənlərin köməyinə yetir.Süni mayalanmada müzakirə mövzusu olan problemlərdən biri də donorlarla bağlıdır.

Hər süni mayalanma prosesində donordan istifadə edilir? Ümumilikdə bu prosesdə donora nə zaman ehtiyac yaranır?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən mama-ginekoloq Rəşad Sultanov bildirib ki, uşağın yaranması üçün 2 hüceyrə lazımdır. Biri ananın cinsi hüceyrəsi yəni yumurta, ikincisi isə atanın cinsi hüceyrəsi spermatazoid. Süni mayalanma zamanı ata və ananın cinsi hüceyrələri yerindədirsə donurdan istifadə edilmir:

“Nəzərə almaq lazımdır ki, cinsiyyət vəziləri ətraf mühid faktorlarına, travmaya, radiasiyaya, kimyəvi dərmanlara daha həsas orqan və toxumalardır. Ona görə də bunlar hər hansı bir səbəb görə sıradan çıxarsa belə halda, və yaxud da ananın yaşı ilə əlaqədar yumurtalıqlar təbii olaraq tükənirsə süni mayalanmada donurdan istifadə edirik. Yəni məcburiyyət qarşısında qaldığımız zaman yumurta hüceyrəsi və ya spermatazoid alırıq.

Süni mayalanmada nə zaman donordan istifadə edilir?- AÇIQLAMAYumurta və sperim başqasından alınırsa, doğulan uşaq hər iki valideyindən birinin bioloji övladı deyil. Bu proses də təbii ki, cütlüklərdən razılıq alınaraq həyata keçirilir.

Başqa bir məsələ isə süni mayalanma nəticəsində doğulan uşaqlarda autizim xəstəliyinin mövcud olması ilə bağlıdır. Bir həkim olaraq onu da qeyd etməliyəm ki, bu bir “şəhər əfsanəsidir”. Belə bir halın olması mümkün deyildir”.

Daha çox xəbərlər