Cəmiyyət 

Qış tətilini harada keçirək?

Qarşıdan Yeni il və qış tətili gəlir. Bəs qış turizmi üçün hansı ölkələrə getmək əleverişlidir?

Mövzu ilə bağlı BiG.AZ-a danışan turizm eksperti Ruslan Quliyev bildirib ki, ənənəvi qış turizm ölkələri kimi ilk növbədə Türkiyə Uludağ, Sarıqamış, Gürcüstan, Avropanın bir sıra ölkələrinə üz tutulur. Yeni ili qarşılamaq üçün Misir, BƏƏ kimi isti ölkələrə də gedirlər:

Qış tətilini harada keçirək?“Məlum olduğu kimi, yay turizm sektoru bitmiş sayılır və turizm sənayesi nümayəndələri qış turizminə hazırlıq həyata keçirirlər. İstər xarici, istər daxili bazara müxtəlif çeşidli turizm paketləri təqdim olunur. Ənənəvi qış turizm ölkələri kimi ilk növbədə Türkiyə Uludağ, Sarıqamış, Gürcüstan, Avropanın bir sıra ölkələrinə üz tutulur. Ancaq qış turizmi dedikdə yalnız qayıq mərkəzləri nəzərdə tutulmur. Yeni ili qarşılamaq üçün Misir, BƏƏ kimi isti ölkələrə də gedirlər. Son zamanlar Monteneqro da popular sayılır. Bu rezervasiyalar nə qədər öncədən həyata keçirilsə, müştərilərin istəyinə uyğun paketlər əldə etmək olar”.

Daha çox xəbərlər