Cəmiyyət 

“İnsanın yaşayış minimumu ödənmirsə, ona talon vermək lazımdır” – Sosioloq

Son zamanlar aztəminatlı ailələrə qida talonunun verilməsi yenidən gündəmə gəlib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki,müəyyən dövr ərzində pul çatmırsa, böyük tədbirlərin həyata keçirildiyi dövrdə müvəqqəti olaraq talon verilməlidir. Yəni bu insanın yaşayış minimumu ödənmirsə, ona talon vermək lazımdır. Amma paralel olaraq bütün dövlət qurumları layihələr həyata keçirməlidir ki, insanların o talona ehtiyacı olmasın, hər kəsin yaşayış minimumu ödənsin.

“Əvvəlcə araşdırmalıyıq ki, aztəminatlı ailələr nə qədərdir. Bunların aztəminatlı olmasının səbəbi nədir? Onların təminatı yaşayış minimumuna çatmalıdır. Bizdə elə olmalıdır ki, insanın fiziki və mənəvi cəhətdən normal olan xərcləri çəkməsinə imkan versin. Bəzi insanlar deyir ki, bu qədər olsa, yaxşı olar. Bunu demək savadsızlıqdır. Əvvəlcə baxmaq lazımdır ki, bu ərazidə insanların fiziki, mənəvi tərəfdən inkişafı üçün nə qədər lazımdır? Pul çatmırsa, aydınlaşdırmaq lazımdır ki, niyə çatmır. Onlar aydınlaşandan sonra çalışmaq lazımdır ki, böyük proqramlar həyata keçirilsin ki, insanların inkişafı üçün bu pul çatsın. Dövlət də, insanlar özü də buna çalışmalıdır. Əgər məlum olsa ki, müəyyən dövr ərzində pul çatmır, böyük tədbirlərin həyata keçirildiyi dövrdə müvəqqəti olaraq talon verilməlidir. Yəni bu insanın yaşayış minimumu ödənmirsə, ona talon vermək lazımdır. Amma paralel olaraq bütün dövlət qurumları layihələr həyata keçirməlidir ki, insanların o talona ehtiyacı olmasın, hər kəsin yaşayış minimumu ödənsin. Allaha şükür ki, ölkəmizin olduqca böyük potensialı var. 1994-cü ildə yaşayış mimimumunun qarşılanması, yoxsulluğun azalması üçün ciddi konsepsiyalar hazırlamışam. Lazım olsa, indi də hazırlayaram. Təki məsul olan qurumlar onu həyata keçirsinlər. Bununa bağlı ciddi addımlar atılmalıdır”.

Daha çox xəbərlər