Cəmiyyət 

Uşaq evlərində uşaqların sayı niyə durmadan artır?

Son vaxtlar uşaq evlərinə verilən uşaqların sayı artır.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, bəzi valideynlər “uşaqları dolandıra bilmirik” deyərək müəssisələrə verirlər. Bəziləri valideynlik missiyasını başa düşmür, məsuliyyətsiz valideyn imicində olduqlarına, uşaqları baxımsız vəziyyətdə olduğuna görə götürülür. Gənclər valideynlik missiyasını, ailə dəyərini anlamadan ailə qururlar:

“Son zamanlar statistikaya nəzər salanda görürük ki, uşaqların uşaq müəssisələrinə verilməsi hallarında artım dinamikası hiss olunuir. Bunun bir çox səbəbləri var. Bəzi valideynlər “uşaqları dolandıra bilmirik” deyərək müəssisələrə verirlər. Bəziləri valideynlik missiyasını başa düşmür, məsuliyyətsiz valideyn imicində olduqlarına, uşaqları baxımsız vəziyyətdə olduğuna görə götürülür. Müşahidə edəndə görürük ki, uşaq müəssisəsinə ilbəil axın güclənir. Hesab edirəm ki, bu, yaxşı tendensiya deyil. Uşaq hüquqları haqqında beynəlxalq tendensiyada da təsbit olunduğu kimi, uşaqların sosiallaşması üçün ən ideal mühit ailə mühitidir. Azərbaycanda təqribən 15 uşaq evi var. Bu uşaq evlərində minə yaxın uşaq mövcuddur. Eyni zamanda sağlamlıq imkanı məhdud olan uşaqlar üçün internat tipli məktəblərə 2mindən çox uşaq cəlb olunub. Əvvəlki illərin statistikası ilə müqayisə edəndə görürük ki, xeyli artım müşahidə olunur. Azərbaycan öz qanunlarını beynəlxalq konvensiyalara uyğunlaşdırır. Uşaq hüquqları da beynəlxalq konvensiyaya uyğunlaşır. Həmin konvensiyada uşaqların ailə mühitində böyüməsi təşviq olunur. Bu baxımdan Azərbaycan da 2006-2015-ci illərdə uşaqların müəssisələrdən evlərə verilməsi ilə bağlı proqram ortaya qoyuldu. Deyərdim ki, çox effektiv oldu.Bu gün də Azərbaycanda övladlığa götürmə, himayədar ailə formalaşır. Bu istiqamətdə proses sürətlə getmir. Çünki bizim insanların dünyagörüşündə dəyişikliklər olmalıdır. Bu, Azərbaycan üçün yeni yanaşmadır və təşviq edilməlidir ki, uşaqların övladlığa götürülməsi sürətlənsin. Necə ki, Avropa ölkələrində bu institutsional hala gəlib çatıb. Orada daha çox sağlamlıq imkanı məhdud uşaqları övladlığa götürürlər. Biz də çalışmalıyıq ki, bu düşüncəni insanlarımıza təbliğ və təşfiq edə bilək. Statistik dəyərləndirmələr göstərir ki, gənclər valideynlik missiyasını, ailə dəyərini anlamadan ailə qururlar”.

Daha çox xəbərlər