“Vosmoy” bazarında araba sürən öldü

“Vosmoy” bazarında araba sürən öldü

Bakıda bazarda ölüm hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunda yerləşən “8-ci kilometr” (Vosmoy) bazarında qeydə alınıb.

56 yaşlı Səlimov Əli Səlim oğlu qəflətən halı pisləşərək dünyasını dəyişib. Məlumata görə, mərhum həmin bazarda araba sürən işləyib.
Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

Araşdırma aparılır.