Region Xəbərləri 

Güclü iqtisadiyyatı olan dövlət heç bir zaman sarsılmaz.

Azərbaycan xalqı bu gün xoşbəxtdir,ona görəki, Ümummilli liderimiz HeydərƏliyevin ideyaları bütün sahələrdə tədbiq  edilir və uğurla reallaşdırılır.Biz ona görə xoşbəxt insanlarıq ki, bizimgüclüDövlətimiz,güclü liderimiz daimaAzərbaycan vətəndaşları ilə bir yerdə olan Möhtərəm Prezidentimiz,cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyiilə quruculuq işləri aparırıq, gələcəyə inamla addımlayırıq. Cənab prezidentin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı dünya dövlətləri içərisində inkişafına görə ənyüksək yerlərdən birini tutur.Bu inkişaf və Ali Baş komandanımız İlham Əliyevin uzaq görən daxili və xarici siyasəti bizim bu günki, inkişafımızın əsas mərhələsidir.Bu gün Azərbaycan sərhədləri şəhidlərimizin canı,qanı bahasına,qazilərimizin ordumuzun sarsılmaz birliyi və gücü sayəsində tamamilə düşmən işğalından azad olunub, beynəlxalq prinsip və normalara uyğun olaraq dünya dövlətləri tərəfindən tanınır və dəstəklənir.

2003-cü ildən bu günədək Azərbaycan iqtisadiyyatı inkişaf yoluna qədəm qoydu, bu illərdə nəinki dövlətin iqtisadiyyatı, həmdə ordusu inkişaf etdi,gücləndi.Yeni nəsil,yeni gənclik yetişdi.O gənclik ki,44 günlük müharibədə ölümün üzünə dik baxaraq getdilər.O müqəddəs şəhidlər üçün bir amal,bir vətən eşqi var idi.Bu yolu tutaraq, onlar vətənin,millətin,dövlətin azadlığı uğrunda öz canlarını fəda etdilər.Bax bu idi İlham Əliyev siyasəti. Həm iqtisadiyyatı,həm ordunun döyüş qabliyyətini yüksəltməklə yanaşıyeni bir gənclik simvolu yaratdı.Vətən fədailəri torpaq sevdalı gənclik.

Biz bü gün işğaldan azad olunmuş ərazilərə diqqət çəksək görərik ki,sanki bu ərazilər dünənə qədər erməni vandalizmi tərəfindən dağdılmış,yandırılmış boz səhraya çevrilmiş o ərazilər deyil.Bu gün bu ərazilərdə yaşayış massivləri,qəsəbələr,şəhərlər,sənaye, təhsil və səhiyyə infrastukturları sürətlə qurulur və bərpa edilir.Bu, işğaldan sonra həmin ərazilərin dirçəlişi,böyük qayıdışın başlanğıcıdır.Bu gün, bu ərazilərin qurulmasındada həmin gənclər yorulmadan gecə gündüz işləyirlər.Bu bizim nailiyyətlərimizdir.

Bugünəqədər Azərbaycanınişğaldanazadedilmiş ərazilərinə dövlətproqramıçərçivəsində 16 milyardmanatdançoxvəsaitayrılıb.

Bununla yanaşı, özəlsektorun da bərpa-quruculuq işlərində iştirakıtəqdirəlayiqdir. Hazırda həm dövlət-özəl tərəfdaşlığı,həmdə birbaşainvestisiyailə bir sıra sahibkarlar həmin ərazilərdəfəaliyyət göstərirlər.

XariciinvestorlarındaişğaldanazadolunmuşərazilərdəquruculuqbərpaişləricənabPrezident İlhamƏliyevinxaricisiyasətininyorulmaznəticəsidir.

Yazımın sonunu sevimli prezidentimiz,cənab Ali Baş Komandan İlham Əliyevin 15 sentyabr 2023-cü ildə Xankəndi şəhərində söylədiyi kəlamlarla bitirirəm.”Əziz həmvətənlər,bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir,böyük fərəhdir,qürur mənbəyidir.Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğmaxalqıma bir daha demək istəyirəm ki,biz bu Qələbəyə layiqik.Azərbaycan xalqı bu Qələbəni öz qanı,canı bahasına əldə etmişdir.Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq.Qarabağ bizimdir,Qarabağ Azərbaycandır”.

Raqub Yunisov, YAP Bərdə rayon təşkilatı fəalı, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi.

Daha çox xəbərlər