Cəmiyyət 

TƏBİB-dən ŞOK AÇIQLAMA: 35 min insan…

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə cari ilin 9 ayı ərzində daxil olan çağırışların statistik göstəricilərinə nəzər salsaq, görərik ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində təcili yardıma 599 min 976 çağırış qeydə alınıb. Onlardan 62 min 598-i təxliyə olunub.”.

Bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov brifinqdə çıxışı zamanı bildirib.

V.Qurbanov əlavə edib ki, ötən müddət ərzində əsassız çağırışlar da az olmayıb:

“9 ay ərzində 39 min 548 əsassız çağırış qeydə alınıb. Bu rəqəmləri ötən ilin 9 ayı ilə müqayisə etsək, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi çağırış sayı 555 min 736 olaraq qeydə alınıb. Müxtəlif tibb müəssisələrinə təxliyə olunanların sayı 61 min 032 təşkil edib. Əsassız çağırışlar isə 34 min 968 olub”./BAKU.WS

Daha çox xəbərlər