Hadisə 

Gəncədə avtomobil tibb işçisini vuraraq öldürüb

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində xəstəxanaların birində tibb bacısı işləyən 1969-cu il təvəllüdlü R.Quluyevanı avtomobil vurub.

O, aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər