Cəmiyyət 

Bakıda iqlim dəyişikliklərinə diqqət cəlb edən balina maketi nümayiş etdirilir

Hazırda Bakıda Dənizkənarı bulvarda balina maketi nümayiş etdirilir.

Qaynarinfo-nun məlumatına görə, bu “Captain Boomer” əsəridir.

Məqsəd iqlim dəyişikliklərinə diqqəti cəlb etmək, balinaların qarşılaşdığı problemi qabartmaqdır.

Qeyd edək ki, Bakıdan əvvəl balina maketi dünyanın bir çox şəhərlərində nümayiş etdirilib. Bu şəhərlər arasında Paris, Sürix, Bordo və digərləri var.

Daha çox xəbərlər