Region Xəbərləri 

Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə orta məktəblərdə maarifləndirmə tədbiri keçirilib.

Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 1-ci Şahsevən kəndində yeləşən 1 və 2 saylı tam orta məktəblərdə narkomaniyaya, erkən nikaha və dini radikalizmə qarşı maarifləndirmə tədbiri keçirilib.

 

Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ceyhun Qurbanov, sadalanan problemlərin yaratdığı fəsadlar haqda ətarflı söhbət açıb. Bu istiqamətdə görülən qabaqlayıcı tədbirlər diqqətə çatdırılıb. Şagirdlərə mükəmməl təhsilə yiyələnməyin vacib olduğu bildirilib. Həmçinin Polis Akademiyasında təhsil almaq arzusunda olan məktəblilərə də dolğun məlumatlar verilib.

Tədbirin sonunda maraq doğuran suallar cavablandırılıb və maarifləndirici videoçarx nümayiş etdirilib.

Daha çox xəbərlər